Ford F1 proqramı üçün işçilər yığır

Ford Motor Company 2026-cı ildən Formula1-də Red Bull ilə əməkdaşlıq etmək üçün yeni işçilər cəlb edir və onlar komandanın Milton Keynesdəki bazasından çalışacaqlar.

F-1.az xatırladır ki, Ford-un 2026-cı ildən etibarən Red Bull komandasını motorla təchiz edəcəyi açıqlanmışdı.

Mark Raşbruk: “Biz Red Bull ilə daim əlaqə saxlayırıq. Layihələrimizin bəziləri artıq icra mərhələsindədir, bəziləri isə hələ də hazırlanır. Münasibətlərimiz inkişaf edir, yeni güc qurğusu üzərində birgə işləyirik, kimin kimə hansı məsələlərin həllində kömək edə biləcəyini anlayırıq. Biz artıq bir çox kəsişmə nöqtələrini tapmışıq və əminəm ki, daha çoxuna nail olacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*