Force İndia yeni yağ istehsalçısı ilə müqavilə bağlayıb

Force İndia komandasının yeni yağ tərəfdaşı Ravenol olacaq.

F-1.az xəbər verir ki, son iki mövsümün dördüncüsü olan Hindistan təmsilçisi 1946-cı ildən bəri Ravenol markası altında müxtəlif avtomobil kimyəvi məhsulları istehsal edən Ravensberger Schmierstoffvertrieb GmbH ilə müqavilə bağlayıb. Almaniyalı şirkət bu müqaviləyə əsasən yeni mövsümdə Force İndia komandasını yağla təmin edəcək.

Qeyd edək ki, Force İndia komandası Mercedes-lə bağladığı mühərrik müqaviləsinə görə Petronas yağlarından istifadə edirdi. Lakin komanda bu mövsüm tarixində ilk dəfə fərqli yağdan istifadə edəcək.

Vicey Malya: “Bu müqaviləyə görə çox xoşbəxtik. Formula1 Ravenol-un tanınması üçün əla fürsətdir. Onlarla uğurlu ortaqlıq qurmaq istəyirik”.

Ravenol-un loqotipləri sürücülərin kombinezonlarına və bolidin saydpodlarına vurulacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*