Force İndia yeni sponsor tapıb

Force İndia komandası onlayn ticarət platforması ForexTime (FXTM) ilə 2017-ci ili əhatə edən müqavilə bağlayıb.

F-1.az xatırladır ki, hindistanlılar 2017-ci il bolidlərini fevralın 22-də təqdim edəcəklər. Təqdimatdan əvvəl isə FXTM şirkəti ilə müqavilə bağlanılıb. İki tərəfin razılığına əsasən, FXTM-in loqoları VJM10-un yan saydpodlarına, sürücü kombinezonlarına və komanda geyimlərinə vurulacaq.

Komandanın rəhbəri Vicey Malya da yeni müqaviləyə görə sevinclidir: “Yeni bolidimiz VJM10-un təqdimatından əvvəl yeni ortağımız FXTM-i təqdim edirik və bununla fəxr duyuruq. Onlarla işləmək gözəl olacaq. 2017-ci ildə gözəl hadisələri qeyd edəcəyimizə ümid edirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*