Force İndia yeni bolidini Barselonada təqdim edəcək

Force İndia komandası 2016-cı il mövsümü üçün hazırladığı bolidi Barselona trasının pit yolunda təqdim edəcək...

F-1.az xəbər verir ki, Force İndia komandası Twitter üzərindən yeni bolidlərinin təqdimat tarixini açıqlayıb. Hindistanlılar 2016-cı ildə yarışacaqları bolidi mövsümöncəsi testlərin ilk günündə, yəni fevralın 22-sində Barselonada təqdim edəcəklər.

Qeyd edək ki, Force İndia keçən il bolidlərini birinci mövsümöncəsi testlərə çatdıra bilməmişdilər.

Bu il qış fəsli əvvəlki illərə nisbətən uzun olsa da, komandaların çoxu yeni bolidlərinin üzərində son dəqiqəyə qədər işləyiblər.

Ferrari və McLaren komandaları yeni bolidlərini rəsmi veb saytları vasitəsilə təqdim edəcəklər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*