Force İndia təqdimat mərasimindən imtina edib

Keçən il Force İndia komandasının təqdimat mərasimi iki rəsmi tədbirdən inabrət idi – yanvarın 10-da komanda jurnalistlərə sürücülərini, fevralın 7-də […]

Keçən il Force İndia komandasının təqdimat mərasimi iki rəsmi tədbirdən inabrət idi – yanvarın 10-da komanda jurnalistlərə sürücülərini, fevralın 7-də isə Mumbayda yeni maşını jurnalistələr təqdim etmişdi. Bu il heç bir tədbir olmayacaq, McLaren Mercedes-in motoru, ötürmələr qutusu və KERS sistemi ilə təchiz olunmuş yeni maşın martın əvvəlində test meydanında debüt edəcək və sonra Melburna yollanacaq. İndia Telegraph qəzetinə müsahibəsində vəziyyəti komandanın həmsahibi Vicey Malya şərh edib…

Vicey Malya: “Bu il biz xüsusi bir təqdimat mərasimi keçirməyəcəyik. Mən xəbərdar etmək sitəyirəm ki, bizdən möcüzə gözləməyin – heç bir komandanın test üçün kifayət qədər vaxtı yoxdur, ona görə də ilk yarışlar mümkün nasazlıqların aradan qaldırılmasına həsr olunacaq, amma artıq Barselonada biz rəqabətədavamlı olmağa ümid edirik.”

Möcüzə barədə replika çox güman ki, Dəvid Kultharda ünvanlanıb, o bu yaxınlarda Red Bull RB5-in təqdimatında söyləmişdi ki, faktiki olaraq McLaren Mercedes-in müştərisinə çevrilən Hindistan komandası rəqiblərini ciddi təəccübləndirə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*