F-1.az xatırladır ki, yağışlı Braziliya yarışında Peres 4-cü, Hülkenberq isə 7-ci olmuş və beləliklə, Force İndia son yarışdan əvvəl İnterlaqosda xalsız qalan Williams komandasını 27 xal üstələyir.
Williams son yarışda Force İndia-nı qabaqlamaq üçün Əbu Dabidə iki sürücü ilə də ilk dördlüyə düşməli və hindistanlıların xal almamasını gözləməlidir.
Əgər Force İndia mövsümü 4-cü yerdə bitirsə, bu, hindistanlıların Formula1-dəki ən yaxşı nəticəsi olacaq və daha çox pul mükafatı alacaqlar. Xatırladaq ki, Force İndia komandası Britaniyadan sonra 11 yarışın hamısında xal qazanıb…