F-1.az xatırladır ki, iki sürücü 2017-ci ilin Belçika yarışında təmas etdikdən sonra Force İndia komandası onların yarışmasını yasaqlamışdı.
Otmar Safnauer: “Sürücülərimiz anlayışlı oldu və necə davranmalı olduqlarını artıq bilirlər. Buna görə də gələn il daha güclü olmalıdırlar. Bu gülməlidir. Çünki bunu edəndə də, etməyəndə də tənqid olunursunuz. Mühəndislər Kubokunda 4-cü olduq, amma o vaxtlar qorxurduq ki, bunu itirək. Çünki sürücülərimiz tez-tez təmas edirdilər və çoxlu xallar itirirdik”.