F-1.az xatırladır ki, britaniyalı sürücü Braziliyada birinci sərbəst yürüşlərdə Force İndia-nın sükanı arxasına keçmişdi.
Bob Förnli: “Corc bizimlə gözəl sessiya keçirdi və onun gördüyü işlər təsiredici idi. Sözün açığı, onun ehtiyat sürücü olmağı bizi xoşbəxt edərdi. Bu barədə Mercedes-lə danışacağıq. Bu? Rasselin yüksək səviyyədə hazırlaşması üçün gözəl olacaq. Eyni halı Esteban ilə də yaşadıq və indi bunun nə qədər gözəl nəticələr verdiyini görürük. Ümid edirəm ki, Mercedes-lə razılığa gələrik və Corcu komandaya gətirərik”.