Force İndia komandası təsdiq edib ki, Pol di Resta 2010-cu ildə komandanın ehtiyat sürücüsü olacaq və çox güman ki, biz 23 yaşlı şotlandıiyalı sürücünü cümə sərbəst yürüşlərində trasda görəcəyik.
Vicey Malya: “Pol keçən ilin sonunda Xeres testlərində bizimlə işləmişdi, o çox çalışırdı ki, bizdə xoş təəssüratlar oyatsın.
Biz fəxr edirik ki, Pol kimi sürücü bizim komandaya qovuşur. Testlər göstərdi ki, öz potensialı sayəsində o Formula1-ə layiqdir. Biz ümid edirik ki, əməkdaşlığımız məhsuldar olacaq.”