F-1.az xəbər verir ki, əldə edilən uğurlar və BWT şirkəti tərəfindən ödənilən pullar komandanın gəlirinin 1oo milyon dollardan çox olmasına şərait yaradıb. Komanda hər il Hindistandan daha da uzaqlaşır, komandanın sahibi Vicey Malyaya olan təzyiqlər getdikcə güclənir. Force İndia komandasının baş əməliyyatçısı Otmar Safnauer Bakıda bir daha təsdiq edib ki, gələn mövsüm komanda başqa adla çıxış edəcək.
Otmar Safnauer: “Biz mövsümün sonunda dəyişiklik üçün müraciət edəcəyik. Hələ ki, ən yaxşı variant Force1-dir – bu adı seçərək həm də komandanın irsini qoruyub saxlayacağıq”.
Komandanın gələn mövsümdə də Hindistan lisenziyası ilə çıxış edəcəyi dəqiq deyil. Ad dəyişikliyi isə FİA ilə razılaşdırılmalı, daha sonra FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası tərəfindən təsdiq edilməlidir.