Force İndia-nın Okondan gözləntiləri nədir?

Force İndia komandasının əməliyyatlar direktoru Otmar Safnauer bildirib ki, Okon gənc olmasına baxmayaraq, yarış təcrübəsi var və əlavə edib ki, ilk yarışlardan etibarən gənc sürücüdən xal gözləyirlər.

F-1.az xatırladır ki, Niko Hülkenberq Renault komandasına transfer olunduqdan sonra hindistanlılar Okonu transfer etmişdilər. Xatırladaq ki, Force İndia keçən mövsüm 4-cü olduqdan sonra bu il də uğurlu nəticələr qazanmaq istəyir və buna görə də iki sürücü ilə hər yarış xal qazanmaq istəyir.

Otmar Safnauer: “Estebanın bolidə tezliklə uyğunlaşmasını gözləyirik. Onu komandaya gətirməyimizin əsas səbəbi bu idi.

Təbii ki, biz ona bolidi necə idarə etməli olduğunu və komanda ilə bağlı şeyləri öyrədəcəyik. Nikonun yerini doldurmaq asan olmayacaq, amma Esteban çox gəncdir, istedadlıdır və tez öyrənən sürücüdür. Komandaya böyük fayda verəcəyinə əminik. Reqlament dəyişdiyi üçün komandaya uyğunlaşması asan olacaq. Hamı üçün müəmmalı dövr olacaq və tez reaksiya verənlər uğur qazanacaqlar. Sürücü dəyişdirmək həmişə çətin olub. Özü də gedən adam Nikodursa… Amma biz inanırıq ki, Esteban bizimlə yaxşı işlər görəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*