F-1.az bildirir ki, maşın Melburnda yeni rəng çaları ilə trasa çıxacaq. BWT-nin mərkəzi qərargahı Avstriyada yerləşir. Serxio Peres və Esteban Okonun dəbilqələrinin dizaynında da dəyişiklik ediləcəyi bildirilir.
Vicey Malya: “BWT-nin Formula1-ə gəlməsi və bizimlə əməkdaşlıq etməsi olduqca vacib xəbərdir. Çünki bu, komandamızın onillik tarixində ən irimiqyaslı sövdələşmələrdən biridir. Bu razılaşma komandamızın uğurlarının və mövsümlərarası dövrdə apardığımız danışıqlarının nəticəsidir. Bu mövsüm maşınımız daha parlaq olacaq, maşının detalları isə (qanadları və aşağı hissələri) tutqun və tünd rəngə boyanacaq. Rəng çalarının dəyişdirilməsi komanda və şirkət arasında qurulmağa başlayan möhkəm münasibətdən xəbər verir”.