Force İndia-nın maşını testlərə qədər hazır olacaq

Komanda keçən il maliyyə problemləri üzündən mövsümöncəsi ilk testlərdə iştirak edə bilməmişdi.

F-1.az xatırladır ki, bütün səylərə baxmayaraq maşınını mövsümöncəsi ikinci testlərə də çatdıra bilməyən komanda Xeresdəki testlərə 2014-cü ilin bolidi ilə qoşulmuşdu.

Amma deyəsən bu il komandanın işləri qaydasındadır.

Komandanın mətbuat katibi bildirib: “İşlərimiz proqrama uyğun olaraq qaydasında gedir. Fevralın 22-sinə qədər maşınımız hazır olacaq və Barselonadakı ilk testlərdə iştirak edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*