Force İndia-nın digər həmsahibi də müflisləşmək üzrədir

Səhər biz xəbər vermişdik ki, Hindistanda Force İndia komandasının təsisçisi və həmsahibi Vicey Malyanın ona məxsus Kingfisher Airlines aviaşirkətinin maliyyə […]

Səhər biz xəbər vermişdik ki, Hindistanda Force İndia komandasının təsisçisi və həmsahibi Vicey Malyanın ona məxsus Kingfisher Airlines aviaşirkətinin maliyyə problemləri üzündən bank hesabları bağlana bilər.

Gün ərzində Hindistan mətbuatı problemlərin daha ciddi olması barədə xəbərlər yayıb. Keçən ilin ortalarında Force İndia komandasının səhmlərinin yarısına sahib olan Sahara konsernini Hindistanın Ali Məhkəməsi xırda sərmayədarlara 3 milyard dollar ödəməyə məcbur etmişdi. Məhkəmənin qərarını 3 aya icra etmək lazım idi – amma noyabrın sonunadək bunu etmək mümkün olmamışdı və Sahara-ya fevralın ortalarına qədər möhlət verilmişdi.

İndi bu müddət də başa çatıb, öhdəliklər yerinə yetirilməyib və qiymətli kağızlar komissiyası konsernin sahibi Subrata Royun hesablarını dondurub. Bundan başqa, konsernin törəmə şirkətləri – Sahara İndia Real Estate Corp.Sahara Housing İnvestment Corp.-un hesabları da həbs olunub.

Əgər Malya və Royn problemləri qısa müddət ərzində həll olunmasa, komanda praktiki olaraq maliyyəsiz qalacaq…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*