Force İndia-nın adı dəyişməyəcək

Force İndia komandası 2018-ci ildə adını dəyişməyəcək.

F-1.az xatırladır ki, Hindistan təmsilçisi daha çox sponsor tapmaq üçün adını dəyişmək və adındakı ölkəyə mənsubluğunu atmaq istəyirdi. Amma komanda prosesi mövsümün ilk yarışına kimi sona çatdıra bilməyib.

Force İndia komandası BWT-ni titul sponsoru etmək istəyirdi. Rich Energy də alternativ variant idi, amma hər iki ehtimal da reallaşmayıb. FİA isə mövsüm davam edərkən komandalara ad dəyişməyə icazə vermir. AMuS-dan Mixael Şmit bildirib ki, komandanın titul sponsoru olmadığı üçün satış reallaşmayıb və ad eyni qalıb…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*