Force İndia-nın adı dəyişir?

Force İndia komandasının baş əməliyyatçısı Otmar Safnauer bildirib ki, sponsorlar komandanın adını dəyişdirməyi tələb edirlər.

F-1.az bildirir ki, komandanın sahibi Vicey Malya Hindistan höküməti ilə yola gedə bilmir. Buna görə də komandanın adındakı İndia hissəciyinin çıxarılmasını tələb edirlər.

Otmar Safnauer: “Danışıqlar apardığımız sponsorların əksəriyyəti komandanın adı Force İndia olduğu üçün dəstək vermirlər. Təzyiq altındayıq. Heç kim bir ölkə adı ilə bağlı komandaya sponsor olmaq istəmir.

Bəzi alternativlərimiz var. Amma hələ qərar verməmişik. Sözün açığı, indiyə kimi bunun problem olacağını düşünməmişdik. Amma Force sözünü komandanın adında saxlamaq istəyirik. Force One adını düşündük, amma qısalması F1 olacağı üçün Formula1 icazə verməzdi. Tezliklə qərar verəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*