F-1.az xəbər verir ki, komanda variantları açıqlamasa da, yeni adda Racing sözünün olacağı ehtimal edilir. Komandanın baş əməliyyatçısı Otmar Safnauer bu sirrin yeni bolidin təqdimat gününə qədər qalacağını bildirib.
Otmar Safnauer: “Biz ad dəyişikliyi barədə çoxdandır ki, danışırıq. Hələ də bu mövqedəyik. Ad dəyişiləcək və təqdimat günü elan edəcəyik. Lakin əvvəlcə Formula1 rəhbərliyi buna razılıq verməlidir. Yeni ad necə olacaq? Təəccüblənəcəksiz!”
Komanda yeni maşınını qış testlərinin başlamasına bir gün qalmış – fevralın 25-də Barselonada təqdim edəcək.