Britaniyanın Qeydiyyat Palatası Force İndia komandasını ləğv etməklə hədələyib – hindistanlı milyarder Vicey Malyaya məxsus olan komanda bu günə kimi 2008-ci ilin maliyyə hesabatını təqdim etməyib. Londonda dərc olunan Daily Telegraph qəzetinin verdiyi məlumata görə, əgər Force İndia bu ayın sonuna qədər hesabatı verməsə, onda komanda çempionatda iştirak edə bilməyəcək.
Hesabatı təqdim etməyin son tarixi keçən il 31 oktyabrda başa çatsa da, Qeydiyyat Palatası bu günə kimi heç bir sənəd almayıb və keçən həftə komanda rəhbərliyinə rəsmi bildiriş göndərilib – əgər hesabt təqdim edilməsə, Force İndia ləğv oluna bilər.
Otmar Safnauer, komandanın əməliyyat direktoru: “Biz Qeydiyyat Palatsı ilə hesabatın gecikdiriləcəyini artıq müzakirə etmişdik, çünki bizə əlavə vaxt lazım idi ki, lazımi sənədləri qaydaya salaq. Keçən həftə biz bildiriş almışıq ki, son tarix fevralın 25-nə təyin olunub. Bəs əgər biz bu tarixə qədər çatmasaq nə baş verə bilər?
Amma bizim maliyyə şöbəmiz əmin edir ki, bu tarixə qədər hər şey hazır olacaq.”