Force İndia komandasının adı dəyişdirilə bilər

Force İndia-nın rəhbərliyi sponsorların diqqətini cəlb etmək üçün komandanın adını dəyişdirmək variantını nəzərdən keçirir.

F-1.az xatırladır ki, Vicey Malya komandanı 2008-ci ildə almış və onu Force İndia adlandırmışdı. Əvvəllər isə bu kollektiv müxtəlif dövrlərdə Jordan, Midland və Spyker adlanıb.

Force İndia ilbəil inkişaf etməsinə baxmayaraq, Hindistdan şirkətlərinin marağını cəlb edə bilmir. Komanda keçən mövsüm Mühəndislər Kubokunda dördüncü yeri tutmuşdu. Cari mövsümdə də geridə qalan yeddi yarışdan sonra eyni mövqedədir. Malya AutoSport.com-a açıqlamalar verib.

Vicey Malya: “Nəticələrə baxsaq görərik ki, həqiqətən də inkişaf edirik. Bir çox sponsorların diqqətini cəlb edirik, lakin təəssüf ki, onların arasında Hindistandan olanlar azdır. Buna görə də komandanın adını dəyişmək variantını nəzərdən keçirə bilərik. Çünki bəziləri düşünür ki, komandanın adı məhdudlaşdırıcı rol oynayır. Mən və digər səhmdarlar adın dəyişdirilməsi məsələsi barədə düşünürük. Bu, çox mühüm qərardır və tələskənliyə yer yoxdur. Biz elə bu adla da çıxışımıza davam edə bilərik. Bu məsələni digər səhmdarlarla müzakirə edəcəyik”.

Maraqlıdır ki, Vicey bu barədə əvvəllər də danışıb. 2016-cı ildə komandanın yeni adının Aston Martin olacağı barədə şayiələr gəzirdi, lakin razılaşma son anda baş tutmamışdı. Həm də hamıya məlumdur ki, son dövrlərdə Malyanın problemləri bitmək-tükənmək bilmir. Lakin iş adamı qətiyyətlə bildirir ki, onun şəxsi məsələlərinin komandaya heç bir təsiri yoxdur: “Hamıya məlumdur ki, son illərdə Hindistan və mən heç də yaxşı dostlar deyilik. Lakin komandanın sponsor cəlb etməkdə çətinlik çəkməsi bununla yox, adla bağlıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*