F-1.az bildirir ki, maşının rəng çalarları dəyişməyib, amma yeni reqlamentin tələblərini komandanın mühəndisləri özünəməxsus aerodinamik elementlərlə reallaşdırıblar. Ona görə də yeni maşının xarici görünüşü heç də hamının xoşuna gəlməyib. Komandanın tarixində ən uğurlu mövsümdən sonra – komandaya Mühəndislər Kubokunda dördüncülüyü qazandıran mövsümdən sonra komanda onuncu mövsümünü nikbinliklə gözləyir.
Vicey Malya: “Yeni mövsüm ərəfəsində çox həyəcanlıyam. VJM10 çox aqressiv və qələbəyə köklənmiş görünür – bu, komandanın son 12 ayda gərgin işinin nəticəsidir. VJM10 üzərində işimiz bütün mövsüm davam edib, bir dəqiqə belə fasilə olmayıb. Bu maşına böyük ümidlər bağlayırıq…”