Force İndia komandası yeni VJM07-nin ilk şəkillərini təqdim edib və bir daha xatırladıb ki, maşının rəsmi təqdimatı gələn həftə Xeresdə baş tutacaq.
Maşının yeni və dinamik rəng çalarları diqqəti cəlb edib: ənənəvi rənglər saxlanılıb, amma yeni rənglər də əlavə olunub…
Vicey Malya: “VJM07 çox gözəl görünür və bu yeni rəng çalarları Force İndia-nın təkamülünü əks etdirir. Mən həmişə bizim maşınları ən gözəl hesab etmişəm, amma əsas çalarlara qara rəngin əlavə olunması üzündən xarici görünüş daha aqresiv alınıb.”
Rəng çalarının dəyişməsinə əsas səbəb yeni sponsor və tərəfdaşların peyda olmasıdır. Motor qapağının üzərində Meksikanın telekommunikasiya şirkəti Claro-nun loqotipi vurulub – şirkət komanda ilə uzunmüddətli müqavilə imzalayıb, arxa antiqanadı isə Meksikanın digər bir şirkəti Roshfrans-ın loqotipi bəzəyir. Yeni maşının burnunda isə Astana-nın loqotipi Qazaxıstan paytaxtının idman təşəbbüsünü təbliğ edir.