Force İndia komandası sürücülərinə yarışmaq icazəsi verməyəcək

Force İndia komandasının baş əməliyyatçısı Otmar Safnauer bildirib ki, artıq Okonla Peres yarışmaqda sərbəst deyillər.

F-1.az xatırladır ki, iki sürücü Eau Rouge döngəsində yan-yana gəlmiş və Okon komanda yoldaşının ara təkərinə çırpılaraq həm öz ön qanadını zəfələyib, həm də komanda yoldaşının təkərini partladıb. Bu hadisədən sonra Peres mübarizəni dayandırdığı halda, Okon 9-cu ola bildi.

Otmar Safnauer: “Nələr olduğunu televizordan gördüm. Oradan Serxionun Estebanı divara sıxdığını və qəzanın səbəbinin bu olduğu görünür. Gələcəkdə bir də belə fürsətləri olmayacaq. İndiyə kimi yarışmalarına icazə vermədik. Əgər komanda üçün yaxşı işlər görə bilmirlərsə, yarışmalarına icazə verməyəcəyik. İndiyə kimi onlara tolerant davrandıq. Onlara dedik ki, Bakıdakı insident təkrarlansa, fərqli yollara əl atacağıq. Bundan sonra hər şeyə komanda körpüsü qərar verəcək. Çox vacib xallar itirdik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*