F-1.az xatırladır ki, Niko Hülkenberq sıralanma turunda 8-ci olsa da, yarışı 15-ci yerdə bitirib. Almaniyalı sürücü bildirib ki, aldığı nəticəyə görə məyusdur.
Niko Hülkenberq: “Sözün düzü, yarış bizim üçün pis keçdi və arzuolunmaz nəticə aldıq.
Yarış bizim istədiyimiz kimi getmədi. Bundan başqa pis start aldım və ilk döngəyə xarici trayektoriyadan daxil oldum.
Daha sonra gördüm ki, 3-4 rəqibim daxili trayaektoriyadan hücum edir. Onlara cavab vermək istəyəndə isə, ön qanadıma zərər verdilər.
Ona görə də ilk dövrədə pit-stop etməli oldum və geriyə düşdüm. Daha sonra isə itirdiyim yerləri qaytara bilmədim.
Bugünkü nəticəyə baxıb komanda barədə nəsə demək doğru olmaz, çünki ilk dövrədən etibarən hər şey tərs getməyə başladı.
Əlimizdən heç nə gəlmir, ona görə də topladığımız məlumatları yaxşı təhlil etməliyik və Çin yarışına hazırlaşmalıyıq”.
Qeyd edək ki, Niko Hülkenberqin komanda yoldaşı Serxio Peres yarışı 16-cı yerdə bitirib. O da yarışın ilk dövrələrində Karlos Saynsla təmas yaşayıb və pitə girməli olub…