F-1.az xatırladır ki, yeni sıralanma turu formatı ilk dəfə Avstraliya QP-də tətbiq edilib, ancaq gözlənilən nəticəni verməyib. Bundan sonra komandalar növbəti yarışda əvvəlki sıralanma turu formatına qayıtmaq üçün səsvermə ediblər.
Force İndia komandasının rəhbər köməkçisi Bob Förnli bu barədə danışıb: “Sıralanma tutru yarışa qədər dəyişdirildi. Amma yarış olmadan formatı necə dəyişdirirsiniz?
Ona görə də biz dəyişiklik olmaması üçün səs verdik. Biz bildirdik ki, dəyişikliyə qarşıyıq və yeni sistemə vaxt verilməlidir. Ümid edirəm ki, daha çox insan bizim tərəfimizə keçər.
Təkərlər, sıralanma və hər şeyin yarışa təsiri var idi. Bir az da gözləsək yaxşı olardı. Bu sistemə çox tez reaksiya verdilər və sıralanma dövrələrində maraqlı hallar baş verdi”.