Force İndia komandası Serxio Peresin Sinqapurda aldığı xallardan sonra Williams komandasını yenidən qabaqlamağı bacarıb. Hər iki komanda Mühəndislər Kubokunda 4-cülük uğrunda inamlı mübarizə aparır.
Bob Förnli: “Mübarizə başabaş davam edir. Williams Montsa yarışından faydalanmaq istəyirdi, biz isə Sinqapurdan. Hər iki komanda mövsümün sonuna kimi mübarizə aparacaq və bunu görmək həyəcanvericidir”.
Förnli eyni zamanda Hülkenberqin Sinqapur Qran Prisindəki qəzasının xal itkisinə səbəb olduğunu da qeyd edib.