F-1.az xatırladır ki, Force İndia Hülkenberqin komandadan getməsindən sonra yeni sürücü axtarışına başlayıb və hazırkı alternativlər arasında ən yaxşısını seçmək istəyir.
Hülkenberqin yeri üçün Okon, Nasr, Eriksson, Palmer və Qutyerresin adları hallanır.
Bob Förnli bildirib ki, Palmer, Verlyayn və Okonla keçirdikləri testlər onların qərarına təsir edəcək: “Bəli, keçmişdə bu sürücülərlə testlər etdik və buna görə də şanslıyıq. Köhnə məlumatlara baxa bilərik, amma bugünkü məlumatlara da baxmalıyıq. Nələr etdiklərini müzakirə etməliyik. Təbii ki, risk almalıyıq. Bu cür vacib qərar üçün cəld hərəkət etməliyik. Ən yaxşı sürücünü seçmək istəyirik. Komandaya kömək edən, Peres ilə yaxşı yola gedən və yaxşı performans göstərən sürücüyə ehtiyacımız var”.