Force İndia kimi transfer edəcək?

Force İndia komandası 2017-ci ildə Hülkenberqin əvəzinə Toro Rosso-nun rusiyalı sürücüsü Daniil Kvyatı gətirmək istəyir.

F-1.az xatırladır ki, Niko Hülkenberq gələn ildən etibarən Renault komandasının şərəfini qoruyacaq.

Force İndia komandası isə almaniyalının əvəzinə ya Okonu, ya Palmeri, ya da Kvyatı transfer etmək istəyir. Hindistanlılar gələn il reqlamentdə ediləcək dəyişikliklərə görə debutant sürücü ilə yarışmaq istəmirlər. Buna görə də güclü və təcrübəli sürücü ilə müqavilə bağlamaq istəyirlər.

Kvyat hazırda Force İndia-nın siyahısına başçılıq edir. Bunun səbəbi isə odur ki, Force İndia-da rusiyalının istədiyi hər şey var və Kvyat Red Bull-dan ayrılaraq, tam motivasiya ilə yarışmaq istəyir.

Red Bull komandası da rusiyalı sürücü ilə bağlı heç bir qərar verməyib.

Force İndia-nın siyahısındakı digər sürücülər isə Okon və Palmerdir. Hər iki sürücü də çempionatda komanda yoldaşlarından geri qalırlar. Okon 2015-ci ildə İspaniya və Avstriyada, Palmer isə 2014-cü ildə Abu Dabidə Force İndia komandası ilə testə çıxıblar və komandada xoş təəssürat buraxıblar.

Paskal Verlyayn isə hindistanlıların siyahısında yoxdur.

Əgər Palmer Force İndia komandasına gəlsə, özü ilə yaxşı sponsorlar gətirə bilər. Hindistanlılar əgər Okonu seçsələr, mühərrik və ötürmələr qutusunu Mercedes-dən daha ucuz qiymətə ala bilərlər. Amma pul Force İndia üçün əsas faktor deyil…

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*