Force İndia həftəsonu yeni ad altında çıxış edəcək

FİA və FOM ilə aparılan danışıqlar nəticə verib - hüquqi problemlər həllini tapıb, razılıq əldə olunub və Force İndia-ya Spadakı həftəsonunda çıxış etmək üçün icazə verilib. Komanda Spa-dan etibarən yeni ad altında yarışacaq - Racing Point Force India.

F-1.az bildirir ki, komandanın maşınları bu gün texniki nəzarət prosedurunu keçib, sürücülərin adı Racing Point Force India komandasın iştirak vərəqinə salınıb. Hazırda sənədlərin və boksların yenidən tərtibatı üzərində iş gedir və cümə günü səhərə hər şey hazır olmalıdır.

Yaxın saatlarda əməliyyat direktoru Otmar Safnauerin komandanın yeni rəhbəri elan olunacağı gözlənilir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*