Force İndia hədəfləri kiçildir

Force İndia komandasının rəhbər köməkçisi Bob Förnli bildirib ki, artıq 4-cü yer uğrunda mübarizə aparmaq çox çətin olacaq.

F-1.az xatırladır ki, Renault komandası Fransada hər iki sürücüsü ilə finişə çatdığı halda, Force İndia hər iki sürücü ilə mübarizəni dayandırmışdı. Fransız təmsilçisi hazırda 4-cü yerdədir və McLaren-dən 22 xal, Force İndia-dan isə 3 xal öndədir.

Bob Förnli: “Bundan sonra 5-ci yer uğrunda mübarizə aparacağıq. İndidən sonra Renault-nu keçmək çətin olacaq. Çox güclüdürlər. Keçən il biz etdiyimizi edirlər və digərləri bir-biriləri ilə mübarizə aparır. Bolidin performansını düşünsək, ilk yarışlarda layiq olmadığımız xallar aldıq. Amma Fransada iki bolidlə də finişə çata bilməmək məyusedicidir. Cümə günü yaxşı keçmədi və Estebanın birinci sərbəst yürüşlərdəki yerində fıralnmasından sonra çox vaxt itirdik. Peresin təkəri ikinci sərbəst yürüşlərdə çıxdı və problemi tapana qədər hər iki sürücü boksda gözlədi. Sonuncu sərbəst yürüşlərdə yağış yağdığı üçün trasa çıxa bilmədik və sazlanma tapmaq mümknü olmadı. Bəxtimiz gətirmədi. Yarışda əvvəlcə Qrojan, sonra da Qasli sürücümüz Estebana çırpıldılar. Qrojan düz onun üstünə sürdü və bolidini zədələdi. Çox xal itirdik. Peres isə su təzyiqi probleminə görə mübarizəni dayandırdı. Xalsız qaldıq və Peresin problemi bizi qorxutdu. Çünki mühərriyi itirmək lap pis olar. Yaxşı ki, mühərriyə heç nə olmadı”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*