F-1.az xatırladır ki, hindistanlılar ən yaxın izləyiciləri Williams komandasını 81 xal qabaqlayırlar.
Vicey Malya: “Son yarışlarda VJM10-un performansı artıb və 4-cü yeri tutmaq üçün şansımız yüksəkdir. Malayziya və Yaponiyada ən sürətli 4-cü bolid idik və bunu növbəti yarışlarda davam etdirmək istəyirik. Yaponiya kimi trasda ən yaxın izləyicimizi 20 saniyə qabaqlamışdıq. Çox yaxşı işləyirik və buna görə sevincliyik. Bazadakı bütün işçilərə təşəkkür edirəm. Onların əziyyəti olmasa, bacara bilməzdik”.