F-1.az xatırladır ki, daha əvvəl təqdimat tarixlərini Ferrari və Mercedes komandaları açıqlamışdılar…
Komandanın mətbuat xidmətinin yaydığı relizdə deyilir: “Bu xəbər sizi sevindirəcək: biz yeni maşını fevralın 22-də Silverstounda təqdim edəcəyik! Həmin günə biz bir çox tədbir planlaşdırmışıq, ona görə də hadisə yerindən xəbərləri bizim sosial şəbəkələrdəki hesablarımızdan izləyin – siz daha çox məlumat almaqla yeni mövsümün başlanmasından həzz ala bilərsiniz.
Bizi yeni reqlament gözləyir, biz yeni sürücü ilə işləyəcəyik və biz keçənilki uğurumuzu artırmaq istəyirik. Bizim gücümüzü hiss etmək vaxtıdır!”