F-1.az xatırladır ki, Avstraliyada Hülkenberq 7-ci olduğu halda, Peres 13-cü yeri tutaraq xalsız qalmışdı. Bəhreyn yarışında isə hər iki sürücü də yarışın əvvəlində ön qanadını dəyişdirməli oldu və yarışı xalsız bitirdilər.
Niko Hülkenberq : “Bəhreyndəki pis performansdan sonra Çin yarışından yüksək nəticə gözləyirəm. Ümid edirəm ki, gözəl yarış olacaq. Tempimiz yaxşıdır. Sıralanmada sonuncu seansa qalaraq bunu sübut etdik. Problemlərə həll yolu axtardıq və çox işlədik”.
Serxio Peres bildirib ki, onlar bolidin inkişafına fokuslanıblar. Qeyd edək ki, meksikalı sürücü iki yarışdan sonra xal qazana bilməyib və 17-ci yerdədir.
Serxio Peres: “Uğursuz iki yarışdan sonra Çində yaxşı nəticə qazanaraq, mövsümə başlamaq istəyirəm. Avstraliya və Bəhreyndə işlər yolunda gedə bilərdi, amma problemlər yaşadım. Belə problemlər arada olur və mən bilirəm ki, hər şey qaydasına düşəcək.
Keçən il də buna bənzər hallar yaşamışdıq. Komanda da gözəl abu-hava var və hamı əlindən gələni edir. Bəhreyndə inkişaf etdik və əminəm ki, doğru yoldayıq”.