Paddokda söz-söhbət gəzir ki, sıralanma turunun Bəhreyndən teleyayımı zamanı Force İndia komandasının sürücülərinə diqqət verilməyib – buna səbəb isə komandanın ikinci cümə sərbəst yürüşlərində iştirakdan imtina etməsi olub. Force İndia bu ehtimala şərh verməkdən imtina edib.
Teleyayım FOM şirkəti təmin edir, şirkətə nəzarət isə Berni Ekklstouna məxsusdur. Formula1-in kommersiya başçısı şayiələri təkzib edib, onun sözlərinə görə, azarkeşləri yalnız liderlərin mübarizəsi maraqlandırır…
Berni Ekklstoun: “Əgər kimsə aşağı yerlər uğrunda mübarizə aparırsa, bu heç kimi maraqlandırmır. Ancaq hansısa komandanın və ya hansısa sürücünün konkret azarkeşləri bunu izləyə bilərlər.
Mən bizim əməkdaşlarmızla danışdım və onlar bildiriblər ki, poula namizəd olan sürücüləri izləməyə çalışıblar. Digər sürücülər isə yalnız tras boş olarkən və ya liderlər boksda olarkən efirə düşüblər.”
Amma britaniyalı jurnalist Nik Daman Twitter-dəki mikrobloqunda yazıb ki, “mən FOM-da işləyərkən, ən yayılmış cəza müqəssirin teleyayımdan mərhum edilməsi idi…”