Force İndia çətinlik çəkib?

Force İndia komandasının baş əməliyyatçısı Otmar Safnauer bildirib ki, Halonu bolidə yerləşdirməkdə çətinlik çəkiblər.

F-1.az xatırladır ki, gələn ildən bütün komandalar Halo sistemindən istifadə edəcəklər.

Otmar Safnauer: “Bu qış ən böyük çətinlik Halonu hazır bolidə yerləşdirmək oldu. Qərar gec alındığı üçün bizə çətin idi. Bizim kimi kiçik komanda üçün hazır bolid üzərində dəyişiklik etmək asan olmadı. Amma bacardıq. Çəkini azaltmaq və Halonu müəyyənləşdirilmiş zərbələrə qarşı hazırlamaq vacib idi. Çarpma testlərindən də uğurla keçdik. Bunu ilk cəhddən etdik və proqrama uyğun olaraq gedirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*