Force İndia çəhrayı VJM11-i təqdim edib

Force İndia komandası 2018-ci il bolidi VJM11-i bu gün Barselonada təqdim edib.

F-1.az xatırladır ki, 2008-ci ildə idmana gələn komanda 2016-cı və 2017-ci illərdə Mühəndislər Kubokunu 4-cü bitirərək, ən yaxşı nəticəsini göstərib.

İndiyə qədər yeni bolidlə bağlı şəkil paylaşmayan və ya təqdimat etməyən yeganə komanda Force İndia idi. Amma Hindistan komandası mövsümöncəsi testlərin ilk günündə VJM11-i təqdim edib.

Bolid keçənilki kimi çəhrayı rəngdədir. Bundan başqa sürücülərin başını qoruyan Halo sistemini də çəhrayı rəngə boyayıblar…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*