F-1.az bildirir ki, Hindistan təmsilçisi yeni sponsorlar tapmaq üçün adını dəyişmək istəyir.
Otmar Safnauer: “Ad dəyişikliyi, böyük ehtimalla, mövsüm başlamamışdan əvvəl reallaşacaq. Təzə adın nə olacağı bilinmir. Lakin yeni ad qətiliklə olacaq. İlk yarışa az qalıb və vaxt azaldıqca daha çox işləməlisiniz. Əgər Avstraliya yarışına qədər bunu həll edə bilməsək, növbəti ili gözləyəcəyik. Əlbəttə, bu il olsa, daha yaxşı olar. Əsas odur ki, doğru iş görəsən. Çünki bu, birdəfəlik olacaq. Hər il ad dəyişmək olmaz”.