Təqvimin necə formalaşacağı, yarışların nə vaxt başlayacağı barədə yazılanlar və deyilənlər çoxdur. Çempionatın rəhbərliyi ən optimal variantı axtarır və bu barədə rəsmi sayt xəbər verib: “Daha əvvəl də dediyimiz kimi, çempionata yayda başlamağı planlaşdırırıq. İndi heç kim vəziyyətin nə vaxt tam düzələcəyini deyə bilməz, amma biz ilk imkanda çempionatı başlatmağa hazır olacağıq. Azarkeşlər üçün bunu etməkdə qərarlıyıq.
Hazırda Formula1 rəhbərliyi olaraq, promouterlərlə birlikdə yeni, ilkin versiyadan kəskin fəqlənəcək təqvim üzərində işləyirik. Hazır olduqda, yayımlayacağıq. Əvvəl də açıqladığımız kimi, hər il avqustda olan fasiləni mart və aprel aylarına keçirdik. Beləliklə, biz əvvəlcədən fasilə olmasını planlaşdırdığımız tarixlərdə yarışları keçirə biləcəyik. Mövsüm 27-29 noyabr tarixlərindən sonra başa çatacaq”.