FOM rəsmi həştəqlərdən istifadə etməyi məsləhət görür…

Yavaş-yavaş dünyanın ən bahalı idman növü sosial şəbəkələrdə aktivliyini artırır - bir neçə gün əvvəl çempionatın rəsmi Facebook səhifəsi də fəaliyyətə başlayıb.

F-1.az Sauber komandasının mətbuat xidmətinə istinadən xəbər verir ki, FOM komandalara maraqlı müraicət göndərib. Müraciətdə komandalara məsləhət görülür ki, müəyyən Qran Piyə həsr olunmuş xəbərlərdə rəsmi həştəqlərdən istifadə etsinlər – məhz bu həştəqlər yarışın yayımı zamanı ekranların küncündə də göstərilir.

Biz də jurnalistlərimizə məsləhət görürük ki, iyun ayında ölkəmizdə debüt edəcək Avropa Qran Prisində #EuropeGP və ya #F1Baku həştəqlərindən istifadə etsinlər…

Qran Pri Rəsmi həştəq Yerli variant
Avstraliya #AusGP #F1DownUnder
Bəhreyn #BahrainGP
Çin #ChineseGP #F1inChina
Rusiya #RussianGP #F1Sochi
İspaniya #SpanishGP #GPEspaña
Monako #MonacoGP #WelcomeMonacoGP
Kanada #CanadianGP #BonjourF1
Avropa #EuropeGP #F1Baku
Avstriya #AustrianGP
Böyük Britaniya #BritishGP
Macarıstan #HungarianGP #F1Hungary
Almaniya #GermanGP #F1istZurück
Belçika #BelgianGP #SpaF1
İtaliya #ItalianGP #TuttiAMonza
Sinqapur #SingaporeGP #F1NightRace
Malayziya #MalaysiaGP #F1MY2016
Yaponiya #JapaneseGP
ABŞ #USGP
Meksika #MexicoGP #F1esta
Braziliya #BrazilGP
Əbu Dabi #AbuDhabiGP #F1Finale

 

Həftəsonunun hər bir sessiyası üçün isə ümumi #F1 həştəqi ilə birlikdə əlavə həştəqlər – #FP1 (birinci sərbəst yürüşlər), #FP2 (ikinci sərbəst yürüşlər), #FP3 (üçüncü sərbəst yürüşlər), #Quali (sıralanma turu) və #Race (yarış) məsləhət görülür…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*