F-1.az xatırladır ki, ofis bundan əvvəl Berni Ekklstounun mənzilində yerləşirdi. Yuxarı mərtəbədə isə özü yaşayırdı. Liberty Media-nın isə başqa yanaşması var – onlar iş ştatlarının sayını artırmaqda davam edirlər. Formula1-in yeni rəhbərliyi Londonun mərkəzində tələblərinə cavab verən daha geniş bina tapıb və FOM iyulun 24-dən etibarən Pikadillinin yaxınlığındakı St.James Market biznes mərkəzində fəaliyyət göstərir.
FOM ofisini Londonun mərkəzinə köçürüb
Liberty Media şirkətinin FOM-un ofisini Londonun Şahzadə Geyt küçəsindən Naytsbridc rayonuna köçürmək istədiyi barədə xəbərlər gəzirdi.