F.Massanın qəzadan sonra ilk müsahibəsi

Hunqarorinqdəki ağır qəzadan sonra yerləşdirilidyi Budapeştin AEK hərbi hospitalını tərk etməmişdən əvvəl Felipe Massa komandasının mətbuat xidmətinə ilk rəsmi müsahibəsini […]

Hunqarorinqdəki ağır qəzadan sonra yerləşdirilidyi Budapeştin AEK hərbi hospitalını tərk etməmişdən əvvəl Felipe Massa komandasının mətbuat xidmətinə ilk rəsmi müsahibəsini verib…

Sual: Özünüzü necə hiss edirsiniz? Qəzanı necə xatırlayırsınız?
Felipe Massa:
Bu qəribə hisslərdir. Mən indi dəqiq bilirəm ki, nə olub – Barrikellonun maşınından düşən yay mənim şlemimə çırpılıb. Mən bilirəm ki, belə bir hadisə baş verib, amma qəza anında heç nə hiss etmədim – həkimlər deyirlər ki, yayın çırpılması zamanı mən huşumu itirmişəm, sonra maşın qoruyucu baryerə dəyib dayanıb, mən isə iki gündən sonra hospitalda özümə gəlmişəm.

Mən heç nəyi xatırlamırdım, həkimlər mənə hər şeyi danışdılar. Mən yarış mühəndisim Rob Smedli ilə danışanda, o məndən soruşdu ki, Rubensin maşını yadımdadırmı, amma mən yalnız onu xatırlayıram ki, sıralanma turunun ikinci sessiyasının sonunda sürətli dövrədən sonra mən onun arxasınca gedirdim və hər şey qaydasında idi. Bunu izah etmək çətindir. İndi mən özümü yaxşı hiss edirəm, tezliklə sağalıb Ferrari-nin sükanı arxasına qayıtmaq istəyirəm.

Sual: Kimə minnətdarlıq etmək istərdiniz?
Felipe Massa:
Hər şeydən əvvəl Allaha minnətdarlıq etmək istəyirəm. Trasdakı və AEK hospitalındakı həkimlərə təşəkkür edirəm, onlar mənim üçün çox çey ediblər, Braziliyadan ailəmlə birlikdə uçub gəlmiş şəxsi həkimim Dino Altmana minnətdaram.

Bundan başqa, mənim sağalmağım üçün dua edən hər bir kəsə minnətdarlıq etmək istəyirəm, mənim saytıma və Ferrari-nin saytına xoş söz göndərənlərin hər birinə. Mən çox məktublar almışam, hətta Formula1-lə maraqlanmayanlardan da. Hamıya təşəkkür edirəm, mən də sizə, siz mənə etdiyiniz kimi dua edəcəm. Əgər başqa bir sürücü qəzaya uğrasaydı, mən də belə edərdim.

Sual: Ailənizin buraya gəlməsi nə dərəcədə vacib idi?
Felipe Massa:
Ailə mənim üçün çox vacibdir. Onlar həmişə mənim karyerama dəstək olublar, həmişə yanımda olublar, biz bir yerdə qələbələrə sevinmişik və məğlubiyyətlərə acımışıq. Macarıstan yarışına təkcə qardaşım Eduardo gəlmişdi, amma qəzadan dərhal sonra həyat yoldaşım Rafaela, atam, anam və bacım gəldilər. Mən bilirəm ki, onlar çətin anlar yaşayıblar, indi onların hamısına təşəkkür edirəm. Amma təşəkkür etmək istədiyim daha bir ailə var – Ferrari ailəsi. Onlar mümkün hər bir şeyi ediblər, mən fəxr edirəm ki, mən bu komandanın bir hissəsiyəm.

Sual: Braziliyaya qayıtdıqdan sonra ilk arzunuz nə olacaq?
Felipe Massa:
Mən evə qayıtmaq istəyirəm, əmin olmaq istəyirəm ki, orada hər şey qaydasındadır. Son günlər o qədər hadisələr olub ki, indi isə istəyirəm ki, normal həyata qayıdam, hər gün məşğul olduğum işlərlə başımı qatım.

Sual: Sizin maşının sükanı arxasında bir müddət Mixael Şumaher oturacaq. Ona nəsə məsləhət vermək istəyirsinizmi?
Felipe Massa:
Mixaelin mənim məsləhətlərimə ehtiyacı yoxdur! Siz ona nəsə məsləhət verə bilrəsinizmi? Biz bir yerdə çıxış edəndə onun məsləhətlərinə mənim ehtiyacım var idi. O qələbə qazanmağın yolunu bilir, o dahi sürücüdür, mən şadam ki, Mixael məhz mənim maşınımı sürəcək – bu ən yaxşı seçimdir, mən əminəm ki, hamı onun qayıtmasına sevinəcək, hərçənd mən özüm də tezliklə trasa qayıtmağa ümid edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*