F.Massa testlərə hazırlaşır

Felipe Massa tezliklə Formula1 maşınının kokpitinə qayıtmağa hazırlaşır: bu gün Ferrari təsdiq edib ki, braziliyalı sürücü gələn həftə Fyoranoda F2007-nin […]

Felipe Massa tezliklə Formula1 maşınının kokpitinə qayıtmağa hazırlaşır: bu gün Ferrari təsdiq edib ki, braziliyalı sürücü gələn həftə Fyoranoda F2007-nin sükanı arxasında testlər keçirəcək. Testlərin dəqiq tarixi söylənilməyib, çünki çox şey tibbi müayinənin nəticələrindən asılı olacaq, amma Felipe sürətlə sağalır və praktiki olaraq Macarıstan Qran Prisində aldığı zədədən tam sağalıb.

Mövsümöncəsi testlər yalnız gələn il fevralda başlayacaq, amma Fyoranoda məşqlərdə Felipe əvvəlki formasının bərpasına ilk addımı atacaq. Skuderiyanın başçısı Stefano Domenikali Felipenin Braziliya Qran Prisində iştirakı ehtimalını istisna edir, amma mövsümün son yarışında vəziyyət başqa cür ola bilər…

Stefano Domenikali: “Biz hələ Fyorano tetslərinin dəqiq tarixini müəyyən etməmişik. Amma tezliklə qərar qəbul etməliyik, çünki sabah Felipe Maranelloya gələcək. Bütün həftəni o komanda ilə keçirəcək, fiziki hazırlıqla məşğul olacaq, sonra isə biz testlərin vaxtını müəyyən edəcəyik. Bundan əvvəl isə o FİA-nın vacib tibbi komissiyasından keçməli olacaq. Bütün bu məsələləri biz gələn həftə həll edəcəyik.

Amma bir şeyi dəqiq deyə bilərəm ki, Braziliyada o sükan arxasına oturmayacaq, Abu Dabidə də bunun baş vermə ehtimalı çox azdır. Əsas məqsəd gələn il Bəhreyn Qran Prisidir. Hər şeydən əvvəl biz əmin olmalıyıq ki, Felipe fiziki formasını bərpa edib. Biz FİA-ya müraciət etdik və dəqiqləşdirdik ki, testlərin keçirilməsi reqlamentini pozmuruq və testlərə icazə aldıq. Hər şey hazır olduqdan sonra Felipe F2007-nin sükanı arxasına oturacaq, maşına GP2 təkərləri vurulacaq.

Massa fiziki cəhətdən hazır olmalıdır və onun sağlamlığı sual altında olmamalıdır, ona görə də biz FİA-nın tibbi nümayəndəsindən testlərdə iştirakını xahiş etmişik. Hərçənd, əslində bu testlər deyil. Sadəcə olaraq Felipenin orqanizminin Formula1 amşınındakı yüklənmələrə reaksiyasına baxmaq istəyirik. O özü də hiss etməlidir ki, sağalma prosesi necə gedir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*