F.Massa müqaviləsini uzatmağa tələsmir

Felipe Massanın Ferrari ilə hazırkı müqaviləsi bu il başa çatır. Şayiələr gəzir ki, komanda Robert Kubitsa ilə danışıqlar aparır və […]

Felipe Massanın Ferrari ilə hazırkı müqaviləsi bu il başa çatır. Şayiələr gəzir ki, komanda Robert Kubitsa ilə danışıqlar aparır və polşalı sürücü gələn il Fernando Alonsoya komanda yoldaşlığı edə bilər. Şanxayda jurnalistlər braziliyalı sürücüdən şayiələrə şərh verməyi xahiş ediblər…

Felipe Massa: “Tələsməyə heç bir əsas yoxdur, mən müqavilədən və komanda ilə əməkdaşlıqdan razıyam. Müqaviləni uzatmaq barədə biz keçən il, hələ mənim qəzama qədər danışmışdıq. Bu danışıqlar davam edəcək, amma indi mən işimə diqqət etmək istəyirəm, mən hər yarışdan sonra güclənmək və titul uğrunda mübarizə aparmaq istəyirəm.”

Mövsümün ilk üç yarışında qələbə qazana bilməyən Massa çempionata başçılıq edir, jurbalistlər braziliyalı sürücüdən Şanxayda qələbəyə ümid etməsi ilə maraqlanıblar…

Felipe Massa: “Bu gün bizim Şanxayda nə dərəcədə rəqabətədavamlı olacağımızı söyləmək çətindir, bir az gözləmək, vəziyyəti təhlil etmək lazımdır. Biz Malayziyada McLaren-in sürətini gördük, biz bilirik ki, Red Bull maşınları çox sürətlidir, amma bizim maşınlar da yarış məsafəsində stabil və sürətlidirlər. Baxaq görək, trasda vəziyyət necə olacaq, amma mən hesab edirəm ki, biz işimizin öhdəsindən yaxşı gələcəyik.

Mercedes GP-nı də unutmaq olmaz. Deyilənə görə, onlar Barselonaya tam yeni maşın gətirəcəklər. Bu çox güclü komandadır – keçən il iki titul qazanıblar. Onlar sürətli maşın qura bilərlər. Hazırda Red Bull, McLaren və Mercedes GP ciddi rəaibdirlər, komandalardan hər birinin çempionatı qazanmaq şansı var.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*