F.Massa mövsümün sonuna qədər yarışlara qayıtmayacaq

Sabah Felipe Massa qəzadan sonra ilk dəfə Formula1 maşınının sükanı arxasına oturmalıdır. Bir müddət şayiələr gəzirdi ki, braziliyalı sürücü Abu […]

Sabah Felipe Massa qəzadan sonra ilk dəfə Formula1 maşınının sükanı arxasına oturmalıdır. Bir müddət şayiələr gəzirdi ki, braziliyalı sürücü Abu Dabi yarışının startına çıxacaq, amma Ferrari-nin mətbuat xidməti reliz yayaraq bildirib ki, Felipe yarışlara yalnız gələn il qayıda bilər…

Relizdə deyilir: “Sabah səhər Felipe Massa Formula1 maşınının sükanı arxasına qayıdacaq. Bu adi test sessiyası olmayacaq. Söhbət mində bir saniyələrdən getmir – bununla Felipe və Fernando gələn ilin maşınını test edərkən məşğul olacaqlar. Hələlik Felipe yarış trasına öyrəşməlidir. O F2007-nin sükanı arxasında bir neçə dövrə vuracaq.

Sabahkı gün Felipe üçün çox vacibdir. Amma bu o demək deyil ki, Felipe tezliklə trasa qayıdacaq. Parisdə keçirilmiş tibbi müayinə müsbət nəticələr verib, amma yaxın iki ay ərzində yarışa qayıtmaqdan söhbət gedə bilməz. Komanda və Felipe tədricən və yavaş-yavaş bərpa olunmağa üstünlük veriblər.

Beləliklə, Felipenin trasa qayıtması gələn ilin əvvəlinə qədər təzirə salınır, məhz o zaman FİA-nın bütün tələblərinə uyğun tibbi yoxlamalar keçiriləcək…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*