F.Massa: “Mən startı nikbinliklə gözləyirəm!”

Felipe Massa və Fernando Alonso arasında sıralanma turunda komanda daxili ilk qarşıdurma braziliyalı sürücünün xeyrinə başa çatıb. Felipe son cəhdində […]

Felipe Massa və Fernando Alonso arasında sıralanma turunda komanda daxili ilk qarşıdurma braziliyalı sürücünün xeyrinə başa çatıb. Felipe son cəhdində Sebastyan Fettelə uduzsa da, Fernandonu qabaqlaya bilib və sabah yarışda ilk cərgədən start alacaq…

Felipe Massa: “Mən Sebastyanı poul qazanması münasibətilə təbrik etmək istəyirəm, o mövsümün ilk yarışı ərəfəsində öz işinin öhdəsindən əla gəldi. Mən yarışlara qayıtmağıma görə çox şadam, xoşbəxtəm ki, keçənilki qəzadan sonra yenə də rəqabətədavamlıyam və bu gün yaxşı nəticə göstərə bildim.

Keçənilki maşının sürətini nəzərə alsaq bugünkü ikinci və üçüncü yerlər mövsümün əla başlanğıcıdır. Mən davamını nikbinliklə gözləyirəm. Red Bull maşınları çox sürətlidirlər, sabah bizi çətin yarış gözləyir, amma biz liderlər qrupunda mübarizə aparacayıq.

Məncə, dünən biz uzun məsafədə maşının balansı üçün sazlanmalar axtarışında yaxşı işləmişik, uzun dövrələr seriyasında hər iki təkər tərkibinin effektivliyini qiymətləndirimişik – əminəm ki, komanda düzgün istiqamətdə irəliləyir. Baxaq görək sabah yarış necə qurtaracaq, yarışda hər şey ola bilər, amma mən startı nikbinliklə gözləyirəm!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*