F.Massa: “Mən podium üçün darıxmışdım!”

Səkkizinci yerdən start alan Felipe Massa KERS-in üstünlüyündən istifadə etməklə bir neçə mövqe qazanıb və mövsümdə ilk dəfə olaraq podiuma […]

Səkkizinci yerdən start alan Felipe Massa KERS-in üstünlüyündən istifadə etməklə bir neçə mövqe qazanıb və mövsümdə ilk dəfə olaraq podiuma qalxıb…

Felipe Massa: “Düzünü desəm, podium üçün darıxmışdım, amma bu fantastik yarış idi. Mən əla start aldım, elə birinci döngəyə kimi bir çoxlarını qabaqladım. Amma tezliklə yumşaq təkərlərlə problemlər əmələ gəldi, təkərləri dəyişdikdən sonra isə yaxşı ritmdə yarışı davam etdirə bildim – bu yarışın həlledici faktoru oldu.

Mən xoşbəxtəm, komanda pit-stoplarda əla işlədi və bu podium gələcək işlər üçün yaxşı motivasiyadır – biz yerdə qalan yarışlarda da uğur qazanmalıyıq və gələn il üçün yaxşı maşın qurmalıyıq.

KERS bu gün həm hücumda, həm də müdafiədə kömək etdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*