Günorta Parisin Pitie Salpetriere klinikasında Felipe Massanın tam tibbi müayinəsi başa çatıb – braziliyalı sürücü gələn həftə Ferrari F2007-nin sükanı arxasında testlərə buraxılıb. Müayinənin yekunları üzrə Skuderiyanın mətbuat xidməti reliz yayıb…
Relizdə deyilir: “FİA-nın tibbi nümayəndəsi, professor Jan Şarl Pyettin başçılıq etdiyi komissiya dünəndən başladığı nevroloji müayinəni başa vurub – müayinə pozitiv nəticələr verib.
Sabah Felipe Maranelloya qayıdacaq, o bərpa proqramının növbəti mərhələsinə başlamalıdır: F1 Clienti-nin mütəxəssislərinin rəhbərliyi altında Ferrari F2007-nin testlərini keçirməlidir.”