F.Massa Ferrari-nin sükanı arxasına qayıdıb

Bu gün səhər Felipe Massa yenidən Formula1 maşınının sükanı arxasına əyləşib – iyul ayında Hunqarorinqdə aldığı qəzadan sonra birinci dəfə […]

Bu gün səhər Felipe Massa yenidən Formula1 maşınının sükanı arxasına əyləşib – iyul ayında Hunqarorinqdə aldığı qəzadan sonra birinci dəfə braziliyalı sürücü Ferrari-nin zavod trası Fyoranoda GP2 təkərləri qoyulmuş F2007-nin sükanı arxasında 12 dövrə vurub. Felipe bildirib ki, özünü əvvəlki kimi hiss edir…

Felipe Massa: “Mən maşına oturanda mənə elə gəldi ki, elə bil heç bir qəza olmayıb: mən elə əvvəlki sürücüyəm. Hər şey yaxşı keçdi, fiziki cəhətdən özümü əla hiss edirəm. Bu gün gözümlə problem olmadı və bir deyil, ardıcıl iki yarış məsafəsini qət etməyə hazıram. Əlbəttə, biz həkimlərin rəyinə hörmət etməliyik: onlar hər şeydən ehtiyat edirlər və müəyyən məhdudiyyətlər tətbiq edirlər. Amma əmin edirəm ki, mən elə qəzadan əvvəl olduğu kimiyəm.

Artıq gələn mövsümə hazırlaşmaq olar, məncə, yeni mövsüm də asan olmayacaq, çünki builki mövsüm asan olmadı. Biz yaxşı maşın hazırlamalıyıq və qələbə uğrunda mübarizə aparmalıyıq.

Mən Alonsonu da komandada salamalyıram. O yaxşı peşəkar sürücüdür və mən düşünmürəm ki, onunla problemlər olsun. O Ferrari-yə mənimlə dost olmağa gəlmir, peşəkar münasibətlər hər şeydən üstündür.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*