F.Massa: “Ferrari bir daha səhvlərini təkrar etməməlidir”

Felipe Massa əmin edib ki, Ferrari bundan sonra özünəəminlikdən uzaq olacaq, məhz komandanın bu xüsusiyyətinə görə Malayziyada Felipe sıralanma turunun […]

Felipe Massa əmin edib ki, Ferrari bundan sonra özünəəminlikdən uzaq olacaq, məhz komandanın bu xüsusiyyətinə görə Malayziyada Felipe sıralanma turunun hətta ikinci mərhələsinə belə keçə bilməmişdi. Sepanqda komanda hesab etmişdi ki, birinci sessiyanın əvvəlində göstərdiyi nəticə Felipeni asanlıqla ikinci sessiyaya keçirəcək, amma gözlənilənlərin əksinə olaraq Ferrari-nin rəqiblərinin sürəti armışdı və Felipe yarışa yalnız 16-cı yerdən qatılmalı olmuşdu. Massanın sözlərinə görə, hazırkı vəziyyət keçənilkindən köklü surətdə fərqlənir və Skuderiya bunu nəzərə almalıdır…

Felipe Massa: “Hər şeydən əvvəl, indi biz bilirik ki, bizim maşınımız keçən il olduğu kimi sürətli deyil. İndi biz sıralanma turuna əminliklə başlaya bilmirik, əmin deyilik ki, görəsən ikinci sessiyaya keçə biləcəyikmi? İndi biz bunun üçün mübarizə aparmalıyıq, ən çətini isə sonuncu sessiyaya keçmək olacaq.

Biz bütün imkanlardan istifadə etməliyik, daha çox təkər dəstindən istifadə etməliyik. Keçən dəfə biz səhvə yol verdik, amma bu bir daha təkrar olunmayacaq. Bəlkə biz yenə də ikinci sessiyaya keçə bilməyəcəyik, amam bu dəfə bunun səbəbi başqa şey ola bilər.

Biz bu dəfə KERS-dən sitifadə etməyəcəyik, ona görə də maşının balansı idealdan uzaqdır, KERS-siz yarış lap çətin olacaq, çünki bizim sürətimiz aşağı düşəcək – bu geriyə addımdır.

İstənilən halda uik-end çətin olacaq, heç bilmirəəm nəyə ümid edək. Cümə də yaxşı keçmədi, ona görə böyük nəticə gözləmirik. Amma mən peşəkaram, ona görə də sabah əlimdən gələni edəcəm ki, maksimum mümkün xal toplayım.

Təkərlər də özünü yaxşı aparmır, yumşaq təkər on dövrəyə ancaq tab gətirir, sonra maşın trasda sürüşür, asfaltla ilişmə yox çıxır. Bərk təkərləri qızdırmaq çətindir, amma onlar da sürətlə yeyilir. yarış çox çətin olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*