Flavio Briatore: Piastri dünya çempionu olacaq

Oskar Piastri McLaren-in onunla bağladığı ümidləri tam doğruldur və hətta komandanın gözləntilərini üstələyə bilər. Keçən ay o, Macarıstan Qran Prisini qazanmışdı və bu mövsüm artıq dörd dəfə podiumda yer alıb, o cümlədən yay fasiləsindən əvvəl keçirilən Belçika mərhələsində ikinci yeri tutmuşdu.

F-1.az xəbər verir ki, “Formula for Success” (“Uğur formulu”) podkastında iştirak edən Flavio Briatore bildirib ki, 23 yaşlı avstraliyalının dünya çempionu olmaq üçün bütün lazımi keyfiyyətləri var. Bundan əlavə, Alpine-in məsləhətçisi, hətta bunun nə vaxt baş verəcəyini də söyləyib.

“Piastri artıq ən yaxşı pilotlardan biridir. O, dünya çempionu olacaq və əgər gələn il bunu bacarmasa, 2027-ci ildə bunu edəcək, – deyə Briatore fikrini bölüşüb. – Onun Macarıstandakı qələbəsindən təxminən üç yarış əvvəl mən dedim ki, o, növbəti onilliyin ən yaxşı pilotlarından biri olacaq”.

Briatorenin Piastri ilə bağlı proqnozlarına şübhə etməyə dəyməz, çünki o, adətən nə dediyini bilir. Məsələ həm də ondadır ki, Flavionun hələ də Mark Vebber ilə sıx əlaqələri var, vaxtilə onun meneceri olub. İndi isə məhz Vebber Piastrinin karyerası ilə məşğul olur və bunu kifayət qədər uğurla edir.

Mövsümün ikinci hissəsinin başlanğıcında Oskar fərdi hesabda 4-cü yeri tutur və ilk üçlüyü tamamlayan Şarl Leklerdən cəmi 10 xal geri qalır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*