Flavio Briatore: Alpine-i 2027-ci ildə podiumun zirvəsinə çıxaracağam

Formula1-in əfsanəvi meneceri Flavio Briatore Enstoundakı köhnə komandasına - Alpine-ə qayıtdığını açıqlayıb.

F-1.az-ın xəbərinə görə, Flavio Formula For Success podkastında Alpine-ə qayıdışı barədə danışarkən maraqlı fikirlər səsləndirib.

Flavio Briatore: “Mən Renault Group-un icraçı direktoru Luka de Meonu onun Renault-ya gəlməsindən çox əvvəl tanıyırdım. O, komandaya gələndə ona bir neçə məsləhət verdim: “Formula1 çox mürəkkəb bir biznesdir və sizin adamlarınız yetərincə yaxşı deyillər”. Amma o məni dinləmədi”.

Üç ildən sonra Luka ona zəng edib və görüşdükləri zaman – “Biz komandamızla tam pis vəziyyətdəyik”, – deyib. Briatore isə belə cavab verib: “Luka, Formula1 fərqli bir biznesdir. Komandanı korporasiya kimi idarə etmək olmaz, burada bürokratiyaya ehtiyac yoxdur, burada ömrünü Formula1-ə həsr etmiş insanlar lazımdır”.

Luka ona qayıtmağı təklif edib və müzakirələrə başlayıblar. Briatore komandasını, Enstoundakı bazanı yaxşı tanıyır. O, İngiltərədə yaşamaq istəməyib, həftədə bir gün də kifayətdir və hər Qran Priyə gəlməyə də gərək yoxdur.

Briatore 7 çempionluq qazandığı köhnə komandasına qayıdıb və bu onun üçün yeni bir hədəf, yeni bir motivasiyadır. O, qayıdışından çox məmnundur. Komandanın yeni rəhbəri Oliver Ouksdur. Luka, Briatore və Oliver indi bir yerdə çalışırlar. Briatore – “Mənə 2 il vaxt verin, söz verirəm ki, 2027-ci ildə Alpine podiumun zirvəsində olacaq”, – deyə bildirib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*